Bu il Zaqatalada 205 kq gül yağı istehsal edilib. Nəzərə alsaq ki, dünya bazarlarında gül yağının satış qiymətinin bir kq 5-7 min avro arasında dəyişir. Gül plantasiyalarının inkişaf etdirilməsi, yeni əkinlərin aparılması günün vacib məsələlərindən, diqqət mərkəzində saxlanılacaq mövzulardandır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu il Zaqatalanın gül plantasiyalardan 600 ton qızılgül və 75 ton lavanda ləçəyi toplanıb.
Nəticədə qızılgül yağı istehsalı müəssisəsində 205 kiloqram qızılgül və 733 kiloqram lavanda yağı istehsal edilib.
Hədəf dünya bazarlarıdır
Müəssisə tərəfindən xarici ölkələrə keçən ildən qalan məhsul da daxil olmaqla, 227 kiloqram qızılgül yağı ixrac olunub. İlin birinci yarısında Fransaya 122 kiloqram, Türkiyəyə 50 kiloqram, Almaniyaya 40 kiloqram, Polşaya isə 15 kiloqram qızılgül yağı ixrac edilib.
Eyni zamanda, az miqdarda məhsul Litvaya göndərilib. Ümumiyyətlə, müəssisədə istehsal olunan efir yağları ixracyönümlüdür və 12-yə yaxın ölkəyə ixrac edilir.
Gül yağına bu qədər təlabatın olması aydın məsələdir. Çünki gül yağından parfümeriya, fraqrens, aromaterapiya, kosmetologiya sənayesində xammal kimi istifadə olunur.
151 hektar az deyilmi?
Hazırda rayonun Aşağı Tala kəndinin ərazisində 151 hektar “Dəməşq qızılgülü”, həmçinin 33,5 hektar lavanda və nanə plantasiyaları mövcuddur. Sahələr tam olaraq damcı suvarma sistemi ilə suvarılır.
Bu, bitkinin məhsuldarlığına müsbət təsir göstərməklə yanaşı, torpaqların erroziyadan və şoranlaşmadan qorunmasına, su ehtiyatlarından daha qənaətlə istifadə olunmasına zəmin yaradır. Əgər dünya bazarlarında gül məmulatlarına bu qədər yetərincə böyük təlabat varsa, onda nə üçün plantasiyalar genişləndirilmir?
3 ton güldən 1 kq yağ
Gülün yetişdirilməsi böyük zəhmət tələb etdiyi kimi onun becərilməsi və yığımı da olduqca çətin və məsuliyyətli bir prosesdir. Gül ləçəklərinin yığımına adətən may ayından başlanılır və bir ay davam edir. Bu zaman 1200-1500 insan işlərə cəlb edilir.
Gül şehli-şehli yığılmalıdır ki, onun efiri zədələnməsin və tərkibində qalsın. Ən maraqlı məqam isə ondan ibarətdir ki, 3 ton qızılgüldən 1 kiloqram efir yağı istehsal etmək mümkündür.
Plantasiyalar üç ilə salınıb.
Ərazidə gül plantasiyalarının salınmasına 2016-cı ildən başlanılıb və 2019-cu ilədək davam etməkdərir. Bu il havalar qeyri-sabit keçib və əsasən yağıntılı olduğundan məhsul yığımı iki aya kimi davam edib. Lakin bütün çətinliklərə rəğmən qarşıya qoyulan hədəflərə nail olunub və məhsul toplanan məhsulun keyfiyyətinə təminat verilir.
İxrac coğrafiyası genişləndirilir.
Müəssisə fəaliyyətə başladığı gündən indiyədək ABŞ şirkətlərinə 2 dəfə satış həyata keçirilib. Tezliklə bu ölkəyə 3-cü satış da reallaşdırılacaq. Ötən il ABŞ şirkətlərinə 960 kiloqram lavanda yağı satılıb. Bu il satış həcminin 1 tona çatdırılması nəzərdə tutulur. Qızılgül yağı isə əsasən, Bolqarıstana satılır.
Ötən ilin əvvəllərində bu ölkənin şirkətlərinə 75 kiloqram qızılgül yağı satılıb. Bundan əlavə, 2020-ci ildə Litvaya da kiçik həcmlərlə qızılgül yağı göndərilib. Məhsulun satışı ilə əlaqədar Almaniya, həmçinin ABŞ şirkətləri ilə danışıqlar aparılır. Hazırda Zaqatalada istehsal edilən gül yağı dünyanın 12 ölkəsinə ixrac edilir, və hər il ixrac coğrafiyası genişlənir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:40 / 20.07.2023
Zaqatalanın füsunkar QIZILGÜL PLANTASİYALARI - “3 ton güldən 1 kq yağ alınır, qiyməti isə...” – FOTO
Hazırda oxunan: Zaqatalanın füsunkar QIZILGÜL PLANTASİYALARI - “3 ton güldən 1 kq yağ alınır, qiyməti isə...” – FOTO
Hazırda oxunan: Zaqatalanın füsunkar QIZILGÜL PLANTASİYALARI - “3 ton güldən 1 kq yağ alınır, qiyməti isə...” – FOTO
147123
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.