Balakəndə bədbəxt hadisə baş verib. Təmir-bərpa işləri aparan zaman ehtiyatsızlıq edən rayon sakini işıq dirəyindən yıxılaraq ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki gün əvvəl rayonda təbii fəlakət baş verərkən elektrik xətlərinə də ciddi zərər vurmuşdu.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına cəlb edilən Balakən işıq idarəsinin əməkdaşı 62 yaşıl Ömər Ustayev təmir-bərpa işləri aparan zaman ehtiyatsızlıq edərək işıq dirəyindən yıxılıb.
Çoxsaylı sınıq xəsarətləri alan Ömər Ustayev dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq bu gün səhər xəstəxanada keçinib.
Baş vermiş hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:35 / 20.07.2023
Balakəndə 62 yaşlı kişi işıq dirəyindən yıxılaraq ölüb
Hazırda oxunan: Balakəndə 62 yaşlı kişi işıq dirəyindən yıxılaraq ölüb
Hazırda oxunan: Balakəndə 62 yaşlı kişi işıq dirəyindən yıxılaraq ölüb
147109
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.