ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, ATƏT-in rəsmi saytında səfərin 15 mart tarixində baş tutacağı yazılıb.
MÖVZU İLƏ BAĞLI:
ATƏT rəhbəri Minsk qrupu həmsədrləri ilə görüşdü - FOTO
Məlumata görə, Linde səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək.
Görüşlərdə Qarabağla bağlı danışıqların aparılması, həmçinin ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Bundan əlavə, Ann Lindenin Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü planlaşdırılır.
Bizim.Media