Moderator.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Həmkarlar İttifaqları, QHT-lər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumla bağlı Təşəbbüs qrupu yaradılıb.xa0
Millət vəkili Səttar Mehbalıyev, Respublika Veteranlar Təşkilatlarının sədr müavini polkovnik Cəlil Xəlilov, “İrəli Gənclər Təşkilatının”x9d sədri Mirhəsən Seyidov, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov və başqaları çıxış edərək Referendumun xalqımızın həyatında vacib, əlamətdar hadisə kimi dəyərləndiriblər və hamılıqla bu işdə düzgün təbliğat aparmağı, ölkə başçısı İlham Əliyevin dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi üçün apardığı islahatları dəstəkləməyə çağırdılar.xa0
İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov qeyd edib ki, bu məsələyə həssaslıqla yanaşılmalı, prezident İlham Əliyevin çıxışlarında dönə-dönə vurğuladığı sözlərə sadəcə qulaq asmaq deyil, gündəlik işlərimizdə də əməl etməliyik.
Moderator.az həmin tədbirdən bir neçə dəqiqqəlik görüntüləri təqdim edir:


































































































