Xüsusi karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinidən Bizim.Media-ya verilən məlumata görə, keçirilən növbəti tədbirlər zamanı Masallı şəhər sakini Söhrab Məmmədovun karantin rejiminin qaydalarını pozaraq şəhərdəki restoranlardan birində ad günü məclisi təşkil etdiyi müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Restoranda ad günü keçirənlər cərimə olundular - FOTO
Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.
Obyekt sahibi, məclisin təşkilatçısı da daxil olmaqla ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb.
Bizim.Media