Bakıda Çin vətəndaşının ölüm faktı ilə bağlı cinayət işi BAŞLANIB 

Hazırda oxunan: Bakıda Çin vətəndaşının ölüm faktı ilə bağlı cinayət işi BAŞLANIB 

146875

İyulun 18-i Çin Xalq Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Pan Yuan Liangın aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Nizami Rayon Prokurorluğundan bildirilib. 

Bildirilib ki, araşdırma zamanı Çin Xalq Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Yuan Tiangangın iyulun 14-də Nizami rayonunun Keşlə qəsəbəsi ərazisindəki yataqxanada aralarında yaranmış mübahisə zamanı Pan Yuan Lianga dəmir parçası ilə xəsarətlər yetirməsi və zərərçəkmişin həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib. 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir.

Yuan Tiangang təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin