Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edəcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnaməsində əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Əsasnamə TƏSDİQLƏNDİ
Fərmana əsasən komissiya sədr daxil olmaqla 15 üzvdən ibarət olacaq.
Bizim.Media