“Faberlic” şirkətində QALMAQAL - Ər arvadının işdən çıxmasını tələb etdi, qadın isə...

Hazırda oxunan: “Faberlic” şirkətində QALMAQAL - Ər arvadının işdən çıxmasını tələb etdi, qadın isə...

146863

Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Arif şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində həyat yoldaşı Nərgizi (adlar şərti verilib – red.) döyüb. 

Bizim.Media "demokrat.az"a istinadən xəbər verir ki, hadisə hadisə Sumqayıt şəhəri, Yaşıldərə bağ evlərində baş verib. 

Hadisəni törədən Arifin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada iş başlanılıb. 

İş üzrə izahat verən Arif bildirib ki, zərərçəkmiş Nərgiz onun həyat yoldaşıdır: 

“Nərgiz mənə iş qurmaq istədiyini dedi. Mən də razılaşaraq ona kömək edəcəyimi bildirdim. Mənim köməkliyim ilə Nərgiz “Faberlic” şirkətində iş qurdu. Lakin bir müddət keçməsinə baxmayaraq heç bir qazancı olmadı.

Nərgiz ancaq işə gedib, oradan da “Faberlic” mağazasına gedib. Bir gün qızım mənə anasının “WhatsApp” sosial şəbəkəsində taksi sürücüsü ilə yazışdığını, özünə vəkil tutduğunu dedi. Mən də bundan əsəbləşərək Nərgizi vurdum. Bu zaman qızım qarşıma keçdiyindən onu da vurdum. Daha əvvəlki mübahisələrim də Nərgizin “Faberlic” şirkəti ilə işləməsi səbəbindən baş verib”. 

İş üzrə zərərçəkmiş Nərgizin sözlərinə görə, təqsirli bilinən Arifin dedikləri yalandır: 

“Arif mənim keçmiş həyat yoldaşımdır. Oğlum universitetdə, qızım isə mənim işlədiyi məktəbdə oxuyur. Uşaqlarımın yol xərcini mən çəkirəm. “Faberlic” şirkətindən 670 manat maaş alıram. Arif mənim “Faberlic”dən çıxmağımı bildirdi. Onun sözü ilə bir həftə işə getmədim.

Həmin vaxt uşağımın yol pulu olmadığı üçün universitetə gedə bilmədi. Uşqalarım pullu universitetdə oxuyur, illik xərci mənim tərəfimdən ödənilir. Arif isə uşaqlarıma heç bir maddi yardım göstərmir. 

İyunun 26-da iş yoldaşlarım ilə birlikdə Quba rayonuna getdim. Kiçik qızım da mənimlə birlikdə olub. Evə qayıdan zaman Arif məni və qızımı evə buraxmadı. Daha sonra bizi evdə döydü”. 

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Arif 30 gün müddətinə həbs edilib. 

Qərarın icrası iyulun 16-dan hesablanması müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin