Səfər Əbiyevin sabiq köməkçisi nazirlikdən qovuldu -RÜŞVƏT QALMAQALI

Hazırda oxunan: Səfər Əbiyevin sabiq köməkçisi nazirlikdən qovuldu -RÜŞVƏT QALMAQALI

146849
Sabiq müdafiə naziri Səfər Əbiyevin köməkçisi olmuş, son günlərə qədər nazirliyin Hərbi Təhsil İdarəsinin rəis müavini vəzifəsində işləyən Vaqif xa0Hüseynovla bağlı nazirlikdə rüşvət qalmaqalı yaşanıb.

Vaqif Hüseynov Müddətdən Artıq Xidmət Etmə və xa0gizirlərin işə qəbulu ilə bağlı imtahanda rüşvət hallarına yol verib və bu barədə xa0nazirliyin rəhbər şəxslərinə konkret fakt təqdim edilib. Bundan sonra Vaqif Hüseynov işdən azad edilib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyində daxili araşdırma başlayıb. Məlumatda o da qeyd olunur ki, Vaqif Huseynovla bağlı araşdırmanın nəticəsi Hərbi Prokurorluğa təqdim ediləcək.(Gununsesi.info)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin