Gəncədə dializ xəstələri üçün yeni şöbə QURULACAQ - RƏSMİ

Hazırda oxunan: Gəncədə dializ xəstələri üçün yeni şöbə QURULACAQ - RƏSMİ

146827

Gəncədə orta simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün nəzərdə tutulan, üç korpusdan ibarət ümumilikdə 100 palata və 200 çarpayılıq mobil xəstəxana bundan sonra 1 saylı Gəncə Şəhər Xəstəxanasının tabeliyində şöbələr kimi fəaliyyətini davam etdirəcək. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli verib. 

Onun sözlərinə görə, artıq koronovirus sona çatdığından Gəncədə qurulan mobil xəstəxanada 3 şöbə yerləşdiriləcək:

“Birinci korpusda nevrologiya şöbəsi yerləşdiriləcək. İkinci korpusda terapiya şöbəsinin yaradılması nəzərdə tutulub. Üçüncü korpusda isə bütün lazım olan müasir avadanlıqlarla təchiz olunacaq 64 çarpayılıq dializ xəstələri üçün böyük bir şöbə qurulacaq. Bu şöbə Gəncədə olan dializ xəstələrinə yüksək səviyyədə tibbi xidmət göstərilməsinə imkan verəcək”, deyə H. İbrahimli əlavə edib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin