Su Polisi və DSX-dan ƏMƏLİYYAT: Saxlananlar var - VİDEO

Hazırda oxunan: Su Polisi və DSX-dan ƏMƏLİYYAT: Saxlananlar var - VİDEO

146808

Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti daha gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları ilə birgə növbəti profilaktik tədbir həyata keçirib.

Tədbir zamanı Neftçala rayon sakinləri Zahir Cəfərov və Telman Məmmədov Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan zaman saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, onlardan bir ədəd “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovundan istifadə olunan 5 ədəd 150 metr uzunluğunda tor, digər qadağan olunmuş balıq ovu alətləri və 262 ədəd kefal balığı aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı bu şəxslərin su bioresurslarından qanunsuz olaraq istifadə etmələri nəticəsində ekologiyaya 3000 manat maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsi araşdırmalar aparılır.

Qeyd edək ki, hazırda balıqların kürə verən vaxtı olduğu üçün balıqovlama mövsümü müvafiq dövlət orqanları tərəfindən sentyabr ayına qədər dayandırılıb. Amma aparılan araşdırmalar zamanı müəyyən edilib ki, körpə balıqların qanunsuz ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe, restoran və digər ictimai iaşə obyektlərinin sahibləri tərəfindən sifariş edilir.

Qeyd edilən obyektlərin sahiblərinə xəbədarlıq edilərək bildirilir ki, bu hallar təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanununauyğun olaraq ciddi tədbirlər görüləcək.
Su Polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir.

İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin