Ötən gün su basan Qubanın Qonaqkənd qəsəbəsinin mərkəzi yolu tam açılıb.
Bizim.Media-nın Quba 11 saylı xüsusi təyinatlı yol istismar idarəsindən əldə etdiyi məlumata görə, qəsəbə yolları lil və palçıq qatından tam təmizlənib.
Quruyandan sonra küçə süpürən texnika vasitəsilə tam təmiz vəziyyətə salınacaq. Güclü sel gələn Cimi çayının Qonaqkənd qəsəbəsinin üst hissəsindən gələn məcrası da tam təmizlənib.
Artıq gediş-gəlişdə heç bir problem yaşanmır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu