Xəbər verdiyimiz kimi Azərbaycan Silahlı Qüvvələrinin tankçıları Rusiyada keçirilən “Tank biatlonu-2016”x9d beynəlxalq yarışa qatılıblar.
Moderator.az-ın məlumatına görə, avqustun 2-də keçirilmiş 7-ci gedişdə meydana çıxan Azərbaycan tankçıları qrupunda Serbiya, Tacikistan və Rusiyanın DOSAAF təşkilatını təmsil edən tankçılarla yarışıblar. Azərbaycan tankçıları 28 dəqiqə 12 saniyə ərzində nəticələribaşa vuraraq qrup üzrə ikinci (Serbiyadan sonra) olublar.
Azərbaycan tankçılarının növbəti çıxışı avqustun 13-də olacaq.
Qeyd edək ki, Azərbaycan “Tank biatlonu”x9d beynəlxalq yarışında ilk dəfədir iştirak edir.


































































































