Şabranın Gəndab kəndində yerli qazi və müharibə veteranlarının saldığı Şəhidlər parkı bu gün daha bir yeni ailə quran cütlük tərəfindən ziyarət olunub.
Birinci Qarabağ Müharibəsi veteranı Rəşad Heydərov Bizim.Media-ya məlumat verib ki, Xaçmaz şəhər sakini Elvin Bünyamin oğlu Məmmədov ailə qurduğu, Rusiya vətəndaşı Nigar Sədrəddin qızı Məmmədova ilə birlikdə Gəndab Şəhidlər parkını ziyarət edib, şəhidlərin xatirə kompleksi önünə tər güllər düzüb, duz-çörək kəsiblər.
Onun sözlərinə görə, əslən Gəndab kəndindən olan Nigar Məmmədova ailəsi ilə Rusiyada yaşayıb. Cütlük indi Azərbaycanda yaşayacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu