Azərbaycanın BMT-nin “Elektron Hökumətin İnkişaf İndeksi”x9d üzrə hesabatında mövqeyi 12 pillə yüksəlib.
Moderator.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının (BMT) ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi “E-Government Survey 2016”x9d adlı hesabatında əvvəlki mövqeyini 12 pillə artıraraq 68-ci yerdən 56-cı yerə yüksəlib.
Hesabatın builki nəşrində “Elektron Hökumətin İnkişaf İndeksi”x9d və “Elektron-İştirak İndeksi”x9d üzrə BMT-nin 193 üzv ölkəsinin reytinqi müəyyənləşdirilib.
Hesabatda “Elektron Hökumətin İnkişaf İndeksi”x9d üzrə ölkələr ümumilikdə topladığı xala görə 4 qrup üzrə təsnifləşdirilib (çox yüksək, yüksək, orta, zəif).
EGDI üzrə Azərbaycan əvvəlki hesabatdakı kimi “Yüksək”x9d EGDI ölkələr qrupuna daxil edilib.
EGDI qrupunda dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Qeyd edək ki, əvvəlki hesabatda liderlik edən Koreya hazırkı hesabatda 3-cü yerdə mövqe tutub. “Elektron Hökumət İnkişaf İndeksi”x9d üzrə 2-ci yerin sahibi Avstraliya olub.
Reytinq cədvəlində xeyli irəliləyən ölkəmiz MDB regionunda əvvəlki hesabatdakı 7-ci mövqeyindən 4-cü mövqeyə yüksəlib.
“Elektron Hökumət İnkişaf İndeksi”x9dnin hesablanması zamanı 3 komponent əsas götürülür.
- Onlayn xidmət sub-indeksi,
- Telekommunikasiya infrastrukturu sub-indeksi,
- İnsan kapitalı sub-indeksi.
BMT-nin sözügedən hesabatında göstərilən ikinci əsas indeksi “Elektron-İştirak İndeksi”x9ddir (E-Participation). Azərbaycan bu göstəriciyə görə, dünya ölkələri arasında 30 pillə irəliləyərək 77-ci yerdən 47-ci yerə yüksəlib.
Azərbaycan həm də bu göstərici üzrə MDB dövlətləri arasında əvvəlki 7-ci yerindən 2-ci yerə yüksəlmiş olub.
Həmçinin məcmuədə “Elektron-İştirak İndeksi”x9d üzrə ən yaxşı performans göstərən top 50 ölkə arasında Azərbaycanın adı qeyd edilib. Bu indeks üzrə meyarlar e-informasiya, e-məsləhət, e-qərarvermə alt göstəriciləri əsasında hesablanır.
Qeyd edək ki, hesabatın müvafiq qiymətləndirməsində “Elektron-İştirak İndeksi”x9d üzrə dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Digər 2-ci yer iki ölkə - Yaponiya və Avstraliya arasında bölüşür. Əvvəlki hesabatda birinci olan Koreya isə bu dəfə 4-cü yerdə qərarlaşıb.































































































