Yağıntılı hava şəraitinin regionlarımızda yaratdığı PROBLEMLƏR 

Hazırda oxunan: Yağıntılı hava şəraitinin regionlarımızda yaratdığı PROBLEMLƏR 

146564

Ötən gündən başlayaraq bölgə rayonlarında qısa fasilələrlə yağış yağıb. Hətta Şəkinin dağlıq və dağətəyi ərazilərinə qısamüddətli dolu düşüb. Gecə saatlarından isə yağışlar intensivləşib, çaylarda sululuq artıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki-Zaqatala iqtisadi rayonlarında son iki gündə havanın temperaturu 30-32 dərəcədən 16-18 dərəcəyə kimi düşüb. 

Bu gecə bölgənin əksər ərazilərində intensiv yağış yağıb. Əsasən dağlıq ərazilərdə yağan yağışlar çaylarda suyun səviyyəsini bir qədər artırıb.

Belə ki, bölgədən axan Muxax, Katex, Şin, Dəmiraparan çaylarda suyun səviyyəsi bir qədər artsa da sel təhlükəsi müşahidə olunmur. 

Yağışların intensivləşməsi bölgədə taxıl biçinlərinin yenidən gecikməsinə səbəb olub. Rayon Aqrar İnkişaf Mərkəzlərindən bildirilib ki, hava şəraiti belə davam edəcəyi təqdiqdə qarşıdakı 2-3 gündə zəmilərin qurumasını gözləmək lazım gələcək. 
Şəki Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata əsasən qeyri-sabit hava şəraitinin qarşıdakı iki gündə də davam edəcəyi gözlənilir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin