Gəncənin Dədə Qorqud və Fikrət Əmirov küçələrinin kəsişməsindəki yolayrıcı insanların həyatı üçün təhlükədir. Ətrafda yaşayan sakinlər deyirlər ki, məhz burada tez-tez qəzalar baş verir.
Bizim.Media xəbər verir ki, səbəb isə yolayrıcında işıqforun olmamasıdır.
Sakinlər bildirirlər ki, yaxınlıqda xeyli sayda çoxmərtəbəli yaşayış binasının, iki orta məktəb və bir xəstəxananın olması hərəkətin intensivliyini artırır. Bu və bir sıra digər amillər isə öz növbəsində qəza riskini yüksəldir. Nəticədə qəza törədən maşınlardan başqa yol kənarındakı obyektlərə, dayanmış vəziyyətdə olan avtomobillərə də ziyan dəyir.
Artıq sözügedən ərazidə DYP əməkdaşları tərəfindən baxış və qiymətləndirmə işləri aparılıb.
Qeyd edək ki, Gəncənin bir sıra küçə prospektlərində aparılan abadlıq işləri çərçivəsində paralel olaraq yeni yol nizamlayıcıları da yerləşdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media