Bu gün Daşkəsəndə güclü yağış yağıb. Rayonun Xoşbulaq kəndinə isə dolu düşüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ildırım çaxması ilə müşayiət olunan güclü yağış rayon ərazisində avtomobillərin və sakinlərin hərəkətində problemlər yaradıb.
Kənd yollarında gediş-gəliş çətinləşib. Yağıntılı hava şəraiti hələ də davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu