Jurnalist Əvəz Zeynallının “Qaynar Qazan”x9d layihəsinə müsahibə verən Müsavat başqanı Arif Hacılının açıqlamaları cəmiyyətdə müzakirə olunmaqdadır. Xatırladaq ki, A.Hacılı Milli Şura haqda da bir sıra fikirlər səsləndirib.
Müsavat başqanı bildirib ki, “Milli Şurada struktur fəaliyyəti yoxdur ”“ ola bilsin, bu haqda mənim məlumatım yoxdur, ancaq mən Müsavat partiyasının hansısa aylarda gördüyü işlər barəsində mətbuata açıqladım. Milli Şura da göstərdiyi fəaliyyətlə bağlı mətbuata açıqlama versin. Versəydi, biz də bunu bilərdik.”x9d
Müsavat başqanının bu atmacası cavabsız qalmayıb. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Moderator.az -a açıqlamasında Arif Hacılının fikirlərinə münasibət bildirib:
“Çox istərdim ki, hörmətli Müsavat başqanı Milli Şuranın bostanına daş atmaq həvəsindən çəkinsin. Öz bostanları məhsul vermirsə, buna görə başqalarını hədəfə almaq ciddi siyasətçiyə divident gətirməz... Ezopun sözü olmasın, ət də ortadadı, pişik də!..İkinci tərəfdən, Milli Şuranın fəaliyyəti göz önündədir və bu, inkarolunmaz bir faktdır. A.Hacılının dediyi isə rəydir. Bildiyimiz kimi, faktı inkar etmək mümkün deyil, rəyi isə hər zaman dəyişmək, yaxud inkar etmək olar.”x9d

































































































