Rüstəm İbrahimbəyov kino xadimlərinə təbrik teleqramı göndərdi -ÖZƏL

Hazırda oxunan: Rüstəm İbrahimbəyov kino xadimlərinə təbrik teleqramı göndərdi -ÖZƏL

146513

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, hazırda ölkə xaricində yaşayan xalq yazıçısı Rüstəm İbrahimbəyov 2 avqust Milli Kino Günü münasibətilə kino xadimlərinə təbrik teleqramə göndərib.

Moderator.az ittifaqın mətbuat xidmətinə istinadən həmin teleqramı təqdim edir:

Əziz dostlar, həmkarlar ! 

Sizi Milli Kino günü münasibətilə təbrik edirəm. Bizim öz həyatlarımızı həsr etdiyimiz incəsənət növü özündə müxtəlif sahələrdən olan insanları birləşdirir. 

Bu il bizim İttifaqın mükafatı ilə məşhur diktor, mükəmməl səs rejissoru və peşəkar istehsalat təşkilatçısı təltif edilir. Onların hər biri Azərbaycanın kino sahəsinə mühüm töhfələr veriblər. Rafiq Hüseynov, Kamal Seyidov və Adil Qulamovun ünvanına səsləndirilmiş təbriklərə qoşularaq , onlara can sağlığı və uzun ömür arzu edirəm”x9d.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin