Ağdaşda bu şəxslər barəsində protokol tərtib olundu - FOTO

Hazırda oxunan: Ağdaşda bu şəxslər barəsində protokol tərtib olundu - FOTO

146512

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunublar.

Onlarla profilaktiki söhbətlər aparılıb və cari il ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı ümumilikdə 48 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin