Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cərimələndi

Hazırda oxunan: Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cərimələndi

146468

Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Masallıda ətraf mühiti zibilləyən 7 nəfər barəsində tədbirlər görüldü - FOTO


Keçirilən tədbirlər zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. 

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokollar tərtib edilib. Qum-çınqıl satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb, bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyəti dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.

DİN-in Regional qrupundan bildirilib ki, cari il ərzində məişət tullantılarının konteynerlərdən kənara atılması istiqamətində qayda pozuntusuna yol verən 80 nəfər müəyyən edilib. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin