Sabahdan hava şəraiti KƏSKİN DƏYİŞƏCƏK 

Hazırda oxunan: Sabahdan hava şəraiti KƏSKİN DƏYİŞƏCƏK 

146420

İyulun 16-sı səhər qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişəcək. 

Bizim.Media xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

O bildirib ki, Bakıda və Abşeron yarımadasında iyulun 16-sı əsasən səhər və axşam, 17-dən 18-i səhərədək isə arabir yağış yağacaq. 

Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli olacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enərək 17-si gündüz saatlarında 22-26 dərəcəyə isti olacaq. 

Bölgələrdə də 16-sı səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. 

Əsasən Qazax, Gəncə, Quba, Qusar, Balakən, Şəki, Mərkəzi Aran rayonlarında yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Arabir güclənən qərb küləyi əsəcək. 

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi gözlənilir. 

Gözlənilən qeyri-sabit hava şəraiti iyulun 18-i səhərə qədər davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin