Çadır məktəbin dəmir məzunları da demək olar onlara...
Nə az - nə çox, tam 19 il sonra baş tutan görüşə demək olar ki, hər peşədən olan bəy və xanımlar gəlmişdi. Söhbət 1993-cü ildə, ölkənin ən çətin dövründə çadır şəhərciyində birinci sinifə yollanıb, 2004-cü ildə, məhz elə çadır məktəbindəcə məzun olan sinif yoldaşlarından gedir.
Aralarında Bizim.Media-nın Qarabağ bürosunun əməkdaşı da olan kollektiv 19 il sonra Ağdam rayonunun məcburi köçkünlər yaşayan Bənövşələr qəsəbəsində bir araya gəliblər.
Bir zamanlar çadır siniflərdən ibarət olan 2 saylı məktəbin yeni daş binasında baş tutan tutan görüşdə müxtəlif peşə sahibləri, cəmiyyətdə öz imzaları olan mütəxəssislər yer alırdı.
Sözsüz ki Ermənistan ordusunun işğal faktından doğulan məhdudiyyətlər Azərbaycan gəncliyini ən ağır sınağın cəngindən keçirərək ələyib. Çatışmazlıqlar, real yoxsulluqlara baxmayaraq onlar arasında, qazi hərbi qulluqçu, ədliyyə zabiti, media nümayəndəsi, inşaat, tibb və təhsil sahəsinin mütəxəssisləri yetişib.
Görüş zamanı məktəbin çətin illərində pedoqoji fəaliyyəti şərəflə yerinə yetirən müəllimlər keçmiş şagirdlərin cəmiyyətdə özünəməxsus mövqeyə sahib olmaları, onların dövlətçilik ənənələrinə sadiq şəkildə öz peşə fəaliyyətlərini yerinə yetirmələrindən qürur duyduqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, keçmiş məzunlar ilk öncə Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanını və dünyasını dəyişmiş sinif yoldaşlarının məzarını ziyarət ediblər.
Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:18 / 15.07.2023
Çadır məktəbin, dəmir məzunları... – FOTO
Hazırda oxunan: Çadır məktəbin, dəmir məzunları... – FOTO
Hazırda oxunan: Çadır məktəbin, dəmir məzunları... – FOTO
146416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.