Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində tədbirlər keçirilib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, tədbirlər zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokollar tərtib edilib.
Qum-çınqıl satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb, bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyatı dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.
Bundan başqa, məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində cari il ərzində bu kimi qayda pozuntusuna yol verən 80 nəfər müəyyən edilib. Onların barəsində protokol tərtib olunaraq barələrində inzibati tənbeh tədbiri görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:45 / 15.07.2023
Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldı - FOTO
Hazırda oxunan: Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldı - FOTO
Hazırda oxunan: Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldı - FOTO
146395
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.