Xəbər verdiyimiz kimi bu gün Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin doğum günüdür.
Bizim.Media xəbər verir ki, şəhidimizin anası Radə Qurbanova oğlunun doğum günü ərəfəsində Xudayarın şəhid olduğu torpaqlarda olub.
Radə Qurbanova Zəngilanın onun üçün çox doğma olduğunu söyləyib:
“Çünki mənim balamın son nəfəsi bu torpaqda alınıb. Xudayar həmişə özünü hərbçi kimi görürdü. Döyüş başlayanda ona dedim ki, narahatam. Mənə soyuqqanlı şəkildə dedi ki, narahat olma”.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin Vətən müharibəsi zamanı oxuduğu “Vətən yaxşıdır” təsnifi ilə məşhurlaşıb.
Bizim.Media