Xalq artisti adı alan Şamil Süleymanlı -“Heydər Əliyev buna razı olmadı”x9d

Hazırda oxunan: Xalq artisti adı alan Şamil Süleymanlı -“Heydər Əliyev buna razı olmadı”x9d

146313
Xəbər verdiyimiz kimi, Milli Kino günü ilə bağlı fəxri ad alan aktyorlardan biri də Şamil Süleymanlıdır.

Prezident İlham Əliyevin sərəncamı ilə Ş.Süleymanov Xalq artisti adına layiq görülüb. 

Aktyor sevincini  bölüşüb. 

“Mən qiymətimi aldım. Sevinirəm. Bir məsələni yada salmaq istəyirəm. Vaxtilə fəxri ad məsələsini yığışdırmaq istəyirdilər. O vaxt mərhum prezident Heydər Əliyev buna razı olmadı. Mən ona rəhmət oxuyuram. Sənət adamına fəxri adın verilməsi ona bir dünya sevinc gətirir”x9d, - deyə aktyor qeyd edib.

S.Süleymanlı əlavə edib ki, fəxri ad alması ilə bağlı xəbəri ona ilk olaraq qızı verib: “Çəkiliş meydançasında idim. Filmə çəkilirdim. Orada da iş gərgin olur axı. Baxdım ki, qızım zəng edir. Dedi ki, “ata sən bundan sonra mənə heç nə demə, çünki mən Xalq artistinin qızıyam”x9d. Ardı ilə Fəxrədin Manafov zəng etdi. Səhər açılandan hələ telefon zəngləri susmur. Məni təbrik edənlərə təşəkkür edirəm. Mənim ən böyük adım çəkiliş meydançasında olmağımdır. Əgər sənətkar kamera qarşısındadırsa, deməli yaşayır”x9d.(AzNews.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin