Jurnalist Ata Abdullayevin Azərbaycanın Ombudsmanı Səbinə Əliyevaya həbsindən əvvəl üvanladığı suallar səs-küy doğurub.
Bizim.Media xəbər verir ki, həbsindən qabaq Ata Abdullayev İnsan Hüquqlarə üzrə Müvəkkil Səbinə Əliyevadan qəfil soruşub ki, "mən həbs edilsəm məni müdafiə edərsinizmi?"
MÖVZU İLƏ BAĞLI:
Ata Abdullayev saxlanıldı
Səbinə Əliyeva isə Ombudsman Aparatına müraciət edən hər kəsin hüquqlarının qorunduğunu söyləyib.
Qeyd edək ki, Ata Abdullayev Səbinə Əliyevaya sözügedən sualını işini bacarmayan məmurlarla bağlı çəkilişləri ilə əlaqələndirib:
"Buna görə də ürəyimə elə bir hiss gəldi ki, tutulsam Səbinə xanım mənim hüquqlarımı qoruyarmı?"
Bütün bunlardan sonra cəmiyyətdə iki sual yaranıb: Tənqid etdiyi, Atanın həbsini istəyən məmurlar kimdir və sual cavab olaraq dediyi kimi, Səbinə Əliyeva Ata Abdullayevi müdafiəsinə qalxacaqmı?"
Həmin görüntüləri təqdim edirik
Bizim.Media