Biləsuvar rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Zəhmətabad kəndində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarda azyaşlı qızı maşın vuraraq ÖLDÜRDÜ
Məlumata görə, rayonun Bağbanlar kənd sakini, Şəmmədov Mirsütun Mirhəbib oğlu idarə etdiyi "VAZ 2101" markalı minik avtomobili ilə qonşu Zəhmətabad kəndində, həmin kənd sakini olan 2013-cü il təvəllüdlü Əliyeva Leyla Araz qızını vurub.
Qəza zamanı ağır xəsarətlər alan yeniyetmə xəstəxanaya aparılan zaman dünyasını dəyişib.
Qeyd edək ki, ölən qızın ailəsi bu gün qonşuluqda olan qohum evində toya hazırlaşırmış.
Bizim.Media