İstirahət günlərində milli parklarda hava necə olacaq?

Hazırda oxunan: İstirahət günlərində milli parklarda hava necə olacaq?

146246

İstirahət günlərində (iyulun 15-16-da) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Samur –Yalama milli parkında iyulun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 16-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 30-34° 16-da 22-26° isti olacaq.

Altıağac milli parkında havanın sabit, yağmursuz keçəcəyi, lakin 16-da arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 29-34° 16-da 24-28° isti olacaq.

Ağgöl milli parkında yağmursuz, sabit hava şəraiti olsada, iyulun 16-da fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 31-36° 16-da 25-29° isti olacaq.

Qızılağac milli parkında cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləsədə, ayın 16-da arabir yağış yağacaq.

Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° 16-da 27-30° isti olacaq.

Göygöl milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 16-da fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° isti , gündüz 22-26° 16-da 18-20° isti olacaq.

Şirvan milli parkında havanın sabit, yağmursuz keçəcəyi, 16-da isə arabir yağış yağacaq. Mülayim şərq küləyi, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-24° isti, gündüz 35-38° 16-da 25-30 ° isti olacaq.
Hirkan milli parkında cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləsədə, ayın 16-da arabir yağış yağacaq. Mülayim şərq küləyi, 16-da arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 32-35° 16-da 27-30° isti olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin