Nura Surinin Bulvardakı skuter problemi ilə bağlı iradlarına RƏSMİ CAVAB 

Hazırda oxunan: Nura Surinin Bulvardakı skuter problemi ilə bağlı iradlarına RƏSMİ CAVAB 

146183

"Skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil artıq. Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstünü kəsdirərlər. Skuterlər yenə icarəyə verilir, guya qadağan olunmuşdu”.

Bu fikirləri tanınmış müğənni Nura Suri özünün sosial şəbəkə səhifəsində yazıb. O, Bakı Bulvarındakı vəziyyətdən və qiymətlərdən gileylənib. Təbii ki, sənətçinin haqlı iradları sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. Əksəriyyət Nura Surinin fikirlərinə haqq qazandırıb.

Səslənən iradlarla bağlı Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxladıq. İdarənin mətbuat katibi Əfsanə Mehdiyeva Bizim.Media-ya açıqlamasında səslənən ittihamları şərh edərkən bildirib ki, Bulvar ərazisində skuterlərin hərəkəti bir müddət əvvəl qadağan olunmuşdu:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda skuterlər üçün yol zolağı salınacaq? - TƏKLİF


“Lakin, sonradan şəhər sakinləri tərəfindən Bulvar İdarəsinə çoxsaylı müraciətlər oldu. Bu müraciətləri nəzərə alaraq skuterlərin hərəkəti üçün yeni qaydalar işlənib hazırlandı. Skuterlərin hərəkəti üçün zolaqlar yaradıldı, ərazidə xəbərdarlıq nişanları quraşdırıldı. Ən əsası bulvarda icarəyə verilən skuterlərə yeni tətbiq yükləndi. Bu tətbiq hesabına skuterlər saatda 17 kilometr sürəti keçə bilmir. 

Amma bir məsələ var ki, fərdi skuteri ilə bulvar ərazisinə gələnlər də az deyil. Bu hala qarşı biz müəyyən təbliğat işləri aparırıq. Nəzarətçilərimiz müəyyən edilmiş yerlərdən kənarda skuter idarə edən sakinləri saxlayır, onlara qaydaları izah edirlər. Çalışırıq ki, həm skuter həvəskarlarının, həm də digər insanların bulvar ərazisində rahat və ürəyi istədiyi kimi istirahət etməsinə şərait yaradaq”.

Əfsanə Mehdiyeva bulvar ərazisindəki kafe və restoranlarda qiymətlərin baha olması ilə bağlı iradlar barədə də fikirlərini bildirib:

“Bulvar ərazisindəki əyləncə mərkəzlərindəki, kafe və restoranlardakı qiymətlərə gəldikdə isə onu deyə bilərəm ki, bu məsələyə biz heç cür qarışa bilmirik. Çünki, qiyməti xidmət göstərən fiziki və hüquqi şəxslər özləri müəyyən edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin