Kino xadimlərinə pul mükafatı verildi -Eldar Quliyevə 2000, Ənvər Əbluca 300 manat

Hazırda oxunan: Kino xadimlərinə pul mükafatı verildi -Eldar Quliyevə 2000, Ənvər Əbluca 300 manat

146160

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2 avqust ”“ Milli Kino Günü ilə bağlı bir qrup kino xadiminə pul mükafatları təqdim edib.

İttifaqın mətbuat xidmətindən  Moderator.az-a verilən məlumata görə, pul mükafatlarından başqa, ittifaqın özünün təsis etdiyi Milli Kino Mükafatı da  sahiblərinə verilib. Bu il Milli Kino mükafatına (2000 manat) Xalq Artisti Eldar Quliyev layiq görülüb.

Həmçinin yubilyarlar - Xalq artistləri Ramiz Fətəliyev və Ramiz Mirzəyev, Əməkdar İncəsənət xadimləri Oqtay Babazadə, Yavər Rzayev, Fuad Vəlixanov, Əməkdar Mədəniyyət işçiləri Tağı Babayev, Rəfiqə Budaqlı, Əməkdar Rəssam Fikrət Ələkbərova 500 manat mükafat təqdim edilib.

Bununla yanaşı, ittifaq tərəfindən veteranlara - Əməkdar Mədəniyyət işçiləri Natalya Şneyer, Şahin Qalabəyov, Lidiya Şarkovkina, Rimma Abdullayeva, Pərviz Quliyev, Ənvər Əbluc, Nəriman Şıxəliyev, Akif Rüstəmov, Vladimir Dudniçenko, Elman Əliyev və Kamal Seyidova 300 manat məbləğində pul mükafatı verilib.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin