Şamaxı rəsədxanası göy cisimlərinin müşahidəsi üçün şərait yaradır -GECƏ VAXTI

Hazırda oxunan: Şamaxı rəsədxanası göy cisimlərinin müşahidəsi üçün şərait yaradır -GECƏ VAXTI

146078
AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında fəaliyyət göstərən astronomik muzey və teleskoplarla yaxından tanış olmaq üçün ekskursiyalar təşkil olunur. Ekskursiyalar gündəlik olaraq saat 11:00, 14:00 və 16:00-da keçirilir.

Gecə vaxtı ekskursiya üçün nəzərdə tutulmuş teleskopla göy cisimlərinə baxmaq hava şəraitindən asılı olaraq təşkil olunur.

Moderator.az xəbər verir ki, rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin