“Azərsu” ASC-nin vergi borcu açıqlandı - FOTO

Hazırda oxunan: “Azərsu” ASC-nin vergi borcu açıqlandı - FOTO

14605

“İçməli suyun qiymətinin qaldırılmasında maraqlı olan- Qorxmaz Hüseynovun rəhbəri olduğu “Azərsu”ASC-nin dövlətə hazırda 10 milyon 412 min 395 manat vergi borcu var. Vergilərin vaxtında və tam şəkildə ödənilməməsi sözsüz ki, əhalinin rifahına mütənasib şəkildə neqativ təsir göstərən başlıca səbəbdir”.

Bizim.Media xəbər verir ki, bu iddia ilə ictimai vəkil Samir Zeynalov “Facebook” hesabında çıxış edib.

Onun sözlərinə görə Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır:

“Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

“Azərsu”şefi Qorxmaz Hüseynov bilməlidir ki, hər bir ölkədə uğurlu və genişmiqyasli sosial layihələrin icrasında mühüm mənbə və vasitə olan, dövlət büdcəsinin əsasını təşkil edən vergilərin ödənilməsi milli təhlükəsizlik məsələsidir. Təsadüfi deyil ki, dünyanın iqtisadi nəhəngi sayılan ABŞ-da iki şeydən- ölümdən və vergidən qaçmaq olmaz”, deyə vəkil əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin