Qənirə Paşayevadan mühüm Türkiyə mesajı...

Hazırda oxunan: Qənirə Paşayevadan mühüm Türkiyə mesajı...

145871
BBC televiziyasının Türkiyədəki dövlət çevrilişinə cəhdlə bağlı işlətdiyi skandal ifadələr insanı şok edir. Bu, bir daha Türkiyənin necə böyük bir fəlakətdən qurtulduğunu göstərir.
 
Moderator.az xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva yazıb. O, hələ də Türkiyəni hədəf alanların əsas məqsədini anlamayanlara təəssüf hissi ilə səslənib:
 
"BBC televiziyasında Türkiyədəki zərbə cəhdinə istiqamətli skandal ifadələr insanı şok edir. Sky News diplomatiya redaktoru Tim MARSHALL "çevriliş edənlərin ən əhəmiyyətli səhvinin Ərdoğanı öldürməmək" olduğu, "etmələri lazım olan ilk şeyin Ərdoğanı öldürmək ya da həbs olduğunu" söyləməsi isə insanı dəhşətə düşürür...Üstəlik İngilis televiziyonunda nəşr olunan proqramda çevriliş edənlərin etdiyi bəzi şeylərin sanki müdafiə olunması qardaş Türkiyənin necə böyük bir fəlakətdən xilas olduğunu göstərir. Amma təəssüf ki, hələ də bəzi Türk mənşəli insanlarımız anlamırlar ki, edilən zərbə cəhdi, Türkiyə prezidentini öldürmək, yox etmək istəyənlərin əsl məqsədi Türkiyəni zəiflətmək, parçalamaq, bölgə üzərində istədikləri oyunları oynaya bilmək istəkləridir. Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın hədəf alınmasının əsl məqsədi budur. Bu çirkli oyunların arxasında qərbdə bir çox güclərin dayandığını görməmək isə artıq korluq olur. Ona görə indi sağçı, solçu, milliyyətçi, dinçi olmasından, hansı ideologiya düşüncədə olmasından asılı olmayaraq iister Türkiyənin içində istərse də xaricində yaşayan bizim kimi Türk insanın ən böyük məqsədi Türkiyə dövlətinin yanında olmaq, getdiyimiz hər yerdə onun haqlı mücadiləsini savunmakdır. Çünki təəssüf ki, görürük ki, hətta qərbdə bəzi televizion təşkilatlarında zərbə cəhdini fərqli nöqtələrə deyinerek savunmağa başlayanlar da artdı. Qardaş Türkiyə böyük bir İhanet şəbəkəsi, terror təşkilatları ilə birlikdə Türkiyənin güclənməsini istəməyən bəzi böyük güclərin də hədəfindədir. Türkiyənin zəifləməsi bizim da zayıflamamıza, bütün Türk-Müsülman çoğrafiyasının zəifləməsi demək olar. Ona görə bu gün harada yasamızda asılı olmayaraq Türkiyəyə və onun haqlı mücadiləsinə dəstək günüdür. Türkiyənin düşməni bizim də düşmənimizdir. Unutmamalıyık ki Türkiyənin güclənməsini istəməyənlər Azərbaycanın da güclənməsini istəməyəcək və istəmirlər. 6-7 ay əvvəl Türkiyədə verdiyim bütün konfranslarda yeni bir Çanaqqala, yeni bir İstiqlal mücadiləsində keçirik demişdim. Bu gün o gündür və inşallah Türk milləti o zaman olduğu kimi yenə də düşmənlərə inad geçlenerek çıxacaq yaşanan bu acı hadisələrdən da. Türk milləti bütün dünyaya gücünü göstərdi və inşallah bundan sonra da göstərəcək. Allah Azərbaycana və qardaş Türkiyəyə hər zaman yardımçı olsun."

P.S. Sizə nə var Türkiyədən deyərək şərh yazanlara belə şeylər yazmamaları üçün bir daha hatırlatım ki mənim üçün Türkiyə də Azərbaycan qədər Vətənimizi. Sevinci sevincimiz, kədəri üzüntümüzdür. Azərbaycan üçün canımı verməyə hər an hazır olduğum qədər Türkye üçün də canımı verməyə hər an hazıram. Onun düşməni mənim də düşmənimdir. Yazımı da ortaq Türkcəni yazmamda məqsədim hər yerdə olan Türk mənşəli dostlarımın rahat oxuya bilməsi üçündür.

Qeyd edək ki, iyulun 15-də qardaş Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, bunun qarşısı alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin