Azərbaycan Xalça Muzeyidə “Ailə günü”x9d adlı tədbir keçiriləcək

Hazırda oxunan: Azərbaycan Xalça Muzeyidə “Ailə günü”x9d adlı tədbir keçiriləcək

145854
Cari ilin 30 iyul tarixində Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü, İDEA İctimai Birliyi və “Azərsun Holdinq”x9d MMC-nin dəstəyi ilə muzeyin “Açıq qapı”x9d günü çərçivəsində “Ailə günü”x9d adlı tədbir keçıriləcək.

“Ailə günü”x9d tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır.

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, tədbirin proqramında müxtəlif yaş həddləri nəzərə alınmışdır. İştirakçılar Azərbaycan xalçaçılığı, dekotativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar.

Məlumat üçün bildirək ki, “Ailə günü”x9d adlı tədbirdə “Hemofiliya və talassemiya”x9d pasientləri tam olaraq ödənişsiz iştirak edə bilər.

İştirakçıları tədbirdə əməkdaşlarımızın köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması; saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi; dekorativ bəzək əşyaları, qolbaqların hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar gözləyir.

Tədbirimizə qoşulan iştirakçılar məşhur xalçaçı-rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı”x9d adlı xalçasının rəsm pazllarını yığmaq imkanı əldə edəcəklər. Tədbir zamanı muzeyin əməkdaşı Püstə Ağayeva tərəfindən “Klassik və müasir süjetli xalçalar”x9d mövzusunda mühazirə səsləndiriləcək və muzeyimizə mini ekskursiya təşkil olunacaq. Bundan əlavə, dəvət olunmuş aktyorlar tərəfindən uşaqlar üçün böyük maraq doğuracaq nağıllardan ibarət tamaşalar da təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində “Ailə günü”x9d tədbirinin hər ayın son şənbəsi “Açıq qapı”x9d günü çərçivəsində saat 11:00-dan 20:00-dək keçirilməsi nəzərdə tutulur. Biletləri muzeyin kassasından əldə edə bilərsiniz:

Daha ətraflı məlumat: www.azcarpetmuseum.com/
www.facebook.com/AzerbaycanXalcaMuzeyi/

Tel.(+99412) 497 20 57
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin