AQTA 6 ayda 2 min 330 yoxlama aparıb

Hazırda oxunan: AQTA 6 ayda 2 min 330 yoxlama aparıb

145828

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cari ilin 6 ayı ərzində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış alınmaqla 1531-i planlı, 799-u plandankənar olmaqla, ümumilikdə 2 min 330 yoxlama aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında danışıb.

Q.Təhməzli deyib ki, yoxlama, monitorinq və digər nəzarət tədbirləri çərçivəsində 2 min 541 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul olunub:

"Bu qərarlardan 157-si şərti cərimə, 2 min 384-ü inzibati qaydada cərimə edilmə barədə olub. Aparılan nəzarət tədbirləri nəticəsində, ümumilikdə 1 976 ton, 406 min 327 litr və 85 min 394 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə aid məhsul barədə məhvetmə qərarları qəbul olunub. Eyni zamanda 14 ton yağ və 3 ton 800 kq qənd məhsulunun utilizasiyasına dair qərarlar qəbul edilib. Bundan əlavə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində aşkar olunmuş ciddi pozuntularla bağlı 1339 məhdudlaşdırıcı tədbir tətbiq edilib".

Q.Təhməzli bildirib ki, Agentlik tərəfindən qida məhsullarına dair Multimonitorinq Planı hazırlanıb:

"Həmin Planın icrası məqsədilə müxtəlif qida məhsullarından nümunələr götürülüb və müayinə üçün laboratoriyaya təqdim olunub. Nəzarət tədbirləri çərçivəsində müayinə məqsədilə laboratoriyaya təqdim etmək üçün ticarət şəbəkələrində satışa çıxarılan düyü məhsullarından 25 nümunə götürülüb. Bunlardan 4-ü yerli istehsal, 21-i idxal edilən düyü məhsulu olub. Götürülmüş nümunələr bitki geni (mənşəyi), nəmliyin və nişastanın təyini üzrə laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin