Bu suyu stəkanda içmək olmaz...

Hazırda oxunan: Bu suyu stəkanda içmək olmaz...

145736
Mütəxəssislər bildiriblər ki, mineral suyun faydasını görmək istəyirsinizsə, suyu stəkanda içməyin.
Mütəxəssislər mineral su içənləri stəkandan içməmələri barədə xəbərdarlıq edir:

Mineral sudan istədiyiniz faydanı almaq üçün stəkanda içməyin. Yüksək təzyiq probleminiz yoxdursa, gündə ən az iki şüşə istehlak edilən mineral su orqanizmin bütün mineral ehtiyacını qarşılayır. Eyni zamanda mədə xəstəliklərinə təsir edir, şəkər xəstəliyi və podaqranın müalicəsində, böyrəkdə daş yaranmasının qarşısının alınmasında tövsiyə edilir.

Mineral su bədəndəki maye tarazlığının təmin olunmasında da mühüm rol oynayır. Ancaq bütün bu faydaları təmin etmək üçün mineral suyunun stəkanda deyil, elə şüşəsində içilməsi lazımdır.
İnsan orqanizmi gün ərzində hərəkətlə, ya da müxtəlif səbəblərdən maye və mineral itirir.İtirdiyiniz bu dəyərləri gündə ən az 2 butulka mineral su içməklə bərpa edə bilərik. Şüşəsində içilən mineral su qapağı açılanda hər hansı bir kabarcıklaşma meydana gəlmir. Ancaq stəkana tökdükdə isə hədsiz köpüklənir və tərkibindəki qazın (Co2) qaçmasına səbəb olur. Bunun səbəbi isə qayuyan maşında yuyulmuş stəkanların belə kifayət qədər sterilləşdirilmiş olmamasıdır. Mütəxəssislər mineral suyunun faydalı olması üçün tamamilə gigiyenik və standartlar əsasında xüsusi istehsal edilmiş şüşə butulkalarda qablaşdırılmasını da xüsusi vurğulayırlar.

Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin