Ermənilərin məqsədi azərbaycanlıların izlərini itirməkdir

Hazırda oxunan: Ermənilərin məqsədi azərbaycanlıların izlərini itirməkdir

1457

“İşğal olunan ərazilərdə 2625 daşınmaz tarixi abidə qeydiyyata alınıb. Onlardan 706-sı dövlət tərəfindən mühafizə olunur. Bunlardan 11-i beynəlxalq əhəmiyyət daşıyır”. 

Bizim.Media xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Anar Kərimov ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı bu barədə bildirib.

Onun sözlərinə görə, abidələrdən 240-ı ölkə əhəmiyyətlidir:

“455-i isə lokal əhəmiyyət kəsb edir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərdə tarixi abidələrin dağıdılmasının səbəbi əsrlərdir orada yaşamış azərbaycanlıların izlərini itirməkdir”.

A.Kərimov qeyd edib ki, Rusiya imperiyasının arxivlərindəki sənədlərə görə 18-ci əsrdə İrəvan xanlığı ərazisində 300-ə yaxın məscid olub:

“Yalnız onlardan biri qalıb. Digər məscidlərin taleyi naməlumdur. Onlar mədəni təmizləmə siyasəti həyata keçiriblər”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin