Azərbaycan məktəbliləri iyulun 3-dən 11-dək Əl-Ayn şəhərində (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən 34-cü Beynəlxalq Biologiya Olimpiadasında uğurla çıxış ediblər.
Bizim.Media xəbər verir ki, intellektual yarışda 76 ölkədən 293 məktəbli iştirak edib. 4 şagirddən ibarət komandamız 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.
Belə ki, Gəncə şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə liseyin 11-ci sinif şagirdləri - Zəhrabəyim Abdullayeva və Nurlan Məmmədov bürünc, Quba şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə liseyin 11-ci sinif şagirdi Kənan Orucəliyev isə həvəsləndirici mükafata layiq görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 11.07.2023
Azərbaycan məktəblilərinin BƏƏ-də keçirilən olimpiadada UĞURLARI
Hazırda oxunan: Azərbaycan məktəblilərinin BƏƏ-də keçirilən olimpiadada UĞURLARI
Hazırda oxunan: Azərbaycan məktəblilərinin BƏƏ-də keçirilən olimpiadada UĞURLARI
145694
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.