Erməni silahlıları sərhəddə yanğın törədib - Mina partlayışları olub (FOTO)

Hazırda oxunan: Erməni silahlıları sərhəddə yanğın törədib - Mina partlayışları olub (FOTO)

145668
Ermənistan silahlı qüvvələri Tovuzun sərhəd kəndində yanğın törədiblər. 

Məlumata görə, alov kəndə istiqamət aldıqca bir neçə mina partlayışı da olub.

Tovuzun Əlibəyli kəndində səhər saatlarından etibarən göy üzünü tüstü bürüyüb. Kəndlilərin sözlərinə görə, erməni silahlıları əsasən küləkli havada quru otlaq sahələrinə od vuraraq alovun Əlibəyli, Ağdam, Hacallı kəndlərinə doğru yayılmasına, yaşayış məntəqlərinə ziyan vurmasına çalışırlar. Ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovu tez bir zamanda kəndə istiqamətləndirə bilir. Bu zaman yanğından qorunmaq üçün yırtıcı heyvanlar, daha çox da sürünənlər Azərbaycanın sərhədyanı kəndlərinə tərəf istiqamət alırlar./Report.az/





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin