Ağstafa və Qazaxda vəzifəli şəxslər CƏRİMƏLƏNDİ - SƏBƏB 

Hazırda oxunan: Ağstafa və Qazaxda vəzifəli şəxslər CƏRİMƏLƏNDİ - SƏBƏB 

145660

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Qazax və Ağstafa rayonları ərazisində keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb. 

Bu barədə Bizim.Media-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə Qazax rayonundakı Daş Salahlı kənd icra nümayəndəsi, Daş Salahlı, Çaylı kənd bələdiyyə sədrləri, Ağstafa rayonu ərazisində isə rayon və Zəlimxan kənd bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin