Şəhid Qoşqar Ömərova həsr edilmiş “Xatirələrin Qoşqar zirvəsi” kitabının TƏQDİMAT MƏRASİMİ – FOTO   

Hazırda oxunan: Şəhid Qoşqar Ömərova həsr edilmiş “Xatirələrin Qoşqar zirvəsi” kitabının TƏQDİMAT MƏRASİMİ – FOTO   

145630

İkinci Qarabağ müharibəsi iştirakçısı, müəllim Qoşqar Ömərova həsr edilmiş kitabın təqdimatı keçirilib. 

Bizim.Media xəbər verir ki, ideya müəllifi qazi Ülvi Qədir, tərtibatçı və maliyyə dəstəkçisi Günay Həsənovanın iştirakı ilə ərsəyə gəlmiş kitabda şəhidin həyat və fəaliyyətinin müxtəlif dövrləri əks olunub.  

Həmçinin kitaba Qoşqar müəllimin ailə üzvləri, fəaliyyət göstərdiyi kurslardakı iş yoldaşlarının, eləcə də hazırlaşdırdığı abituriyentlərin xatirələri əlavə olunub. 


Kitabın ərsəyə gəlməsində böyük əməyi olan Günay Həsənova bildirir ki, kitab yazmaqda məqsəd qısa zaman ərzində davranışı, savadı, təlim-tərbiyəsi, dostluğu-qardaşlığı, ən əsası insanlığı ilə kollektivin əzizinə çevrilmiş qəhrəmanımızı hamıya daha yaxından tanıtmaqdır: 

“Kitabın ərsəyə gəlməsində zəhməti keçənlərdən  biri də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxanasının müdiri, “İNFONEWS” İnformasiya Agentliyinin icraçı direktoru Arzu Məmməd qızı Məmmədovadır”. 

Günay müəllimə deyir ki, “ideyanı Qoşqar müəllimin atası Səxavət  bəy, anası Rəqibə xanım da çox gözəl qarşıladı və kitabın ərsəyə gəlməsi üçün Qoşqar müəllimin xatirələrini bizimlə paylaşdılar.

Eləcə də sosial şəbəkələr vasitəsilə Qoşqar müəllimin qrup yoldaşlarını, magistr yoldaşlarını, dərs dediyi kursları, kurslardakı müəllim yoldaşlarını tapıb, onları da öz xatirələrini bizimlə paylaşmağa dəvət etdim. Qoşqar müəllimin sevimli şagirdləri da kənarda qalmadılar”. 


Şəhid Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan kəndində müəllim ailəsində anadan olub. 

2011-ci ildə Qarasu kənd orta məktəbini əla qiymətlərlə bitirərək, yüksək balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat-informatika fakültəsinə daxil olub.

2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olsa da, təhsilini donduraraq, hərbi xidmətə yollanıb. 

Hərbi xidmətədən qayıdandan sonra, 2016-2018-ci illərdə magistr təhsili alıb. 2018-ci ildə MIQ imtahanında 57 bal toplayaraq, Masazır kand 5 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.   


27 sentyabrda Füzuli cəbhəsindən müharibəyə qatılaraq, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilir. Noyabrın 4-də müharibənin 38-ci günü Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə qərəmancasına şəhid olur.  
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına iştirak edib və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Ömərov ölümündən sonra “Vətən uğrunda”,  “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 





Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin