Cəlilabad rayon elektrik şəbəkəsində yenidən qurma işləri aparılır

Hazırda oxunan: Cəlilabad rayon elektrik şəbəkəsində yenidən qurma işləri aparılır

145591
Cəlilabad rayonunda 117 kənd, 2 şəhər, rayon əhalisinin sayı isə iki yüz on üç min (213 000) nəfərdir. “Azərişıq”x9d ASC yaradıldıqdan sonra ASC-nin sədri Balababa Rzayev bölgələrdə elektrik şəbəkələrində yenidənqurma işlərinə başlamışdır. 2016-cı ilin əvvəllərində Cəlilabad rayon 110/35/10 kv-lıq yarım stansiyasında yeni 31,5 mva güçündə trasformator qoyulmuşdur. Əhalinin fasiləsiz enerji ilə təmin edilməsi və elektrik enerjisinin dayanıqlığı və etibarlılığı üçün bugün 110/35/10 yarımstansiyasında 16 mva güçündə trasformator çıxarılaraq onun yerinə yenicə gətirilmiş 31,5 mva güçündə trasformatorun quraşdırılması işləri aparılır.

Həmin bu 2 trasformator 36 760 abonentə xidmət edəcəkdir. O,cümlədən Cəlilabad şəhərində 9660, Göytəpə şəhərində 2900, rayonun kəndlərində isə 24200 abonent fasiləsiz enerji ilə təmin olunacaqdır.

Bu işlərdən əlavə rayonun kəndlərində yeni elektrik xətləri çəkilir, ağac dayaqlar beton dirəklərlə əvəz edilir, yeni müasir tipli kəndlərin gücünə uyğun trasformatorlar qoyulur. Uzuntəpə kəndində isə 35/10 kv-luq yarımstansiyas tikilmiş və trasformator ilə təmin edilmişdir.

Cəlilabad şəhərində olan 9660 abonentə smart kart tipli sayğaclar quraşdırılmışdır. Alar kəndində isə 1700 nəfər abonentə smart tipli sayğac quraşdırılmışdır.

“Azərişıq”x9d ASC Cəlilabad rayonunda əhalinin elektrik enerjisini təmin etmək üçün böyük quruculuq işləri aparır. Əhali verilən enerjini dəyərinin ödənilməi işində böyük fəallıq göstərməlidir ki, bu da bizim elektrik sahəsində inkişafımız və gələcəyimizin etibarlılığı deməkdir.

Cəlilabad əhalisi rayon elektrik şəbəkəsində aparılan quruculuq və yenidənqurma işlərinə görə “AZƏRİŞIQ”x9d ASC kollektivinə böyük minnətdarlıq edir. Bu işdə əməyi olan hər bir mütəxəssisə öz minnətdarlıqlarını bildirirlər.

Möhtərəm cənab Prezident İlham Əliyevin “AZƏRİŞIQ”x9d ASC qarşısında qoyduğu tapşırıqlar layiqincə həyata keçirilir.
Cəlilabad rayon elektrik şəbəkəsində yenidən qurma işləri aparılır Cəlilabad rayon elektrik şəbəkəsində yenidən qurma işləri aparılır Cəlilabad rayon elektrik şəbəkəsində yenidən qurma işləri aparılır Cəlilabad rayon elektrik şəbəkəsində yenidən qurma işləri aparılır Cəlilabad rayon elektrik şəbəkəsində yenidən qurma işləri aparılır Cəlilabad rayon elektrik şəbəkəsində yenidən qurma işləri aparılır
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin