Gəncədə 38 yaşlı kişi bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

Hazırda oxunan: Gəncədə 38 yaşlı kişi bıçaqlandı - VƏZİYYƏTİ AĞIRDIR

145589

Gəncədə 38 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında baş verib.  

Samux sakini, 1985-ci il təvəllüdlü Məqsəd Huseynov hələlik kimliyi məlum olmayan şəxs tərəfindən bıçaq xəsarətləri alıb. 

O, qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkən dərhal əməliyyata götürülüb, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla başlı araşdrmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin