Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Əmiraslanov Səbuhi Abdulla oğlu təyin edilib.
O, bu təyinata qədər Şəmkir DYP-nin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Goranboy DYP-nin əvvəlki rəisi, mayor Müşviq Əliyev vəzifəsindən azad olunaraq, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə rəis təyin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:14 / 10.07.2023
Nazirdən yeni rəis TƏYİNATLARI
Hazırda oxunan: Nazirdən yeni rəis TƏYİNATLARI
Hazırda oxunan: Nazirdən yeni rəis TƏYİNATLARI
145570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.