İdxal gömrük rüsumuna cəlb edilməyən malların siyahısı artdı

Hazırda oxunan: İdxal gömrük rüsumuna cəlb edilməyən malların siyahısı artdı

145538

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli Qərarında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına aşağıdakı məzmunda 4.35-ci bənd əlavə edilir:

“4.35. benefisiar dövlət orqanı (qurumu) və ya benefisiar fondun təsdiqedici sənədinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2147 nömrəli Fərmanı ilə təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi, habelə dövlət orqanlarına (qurumlarına) və həmin fondlara əvəzsiz olaraq verilən daşınmaz əmlakların və əmlak kompleksi şəklində müəssisələrin yaradılması üçün idxal olunan mallar.”.

Beləliklə, əlavə edilmiş bənddə qeyd edilən mallar idxal gömrük rüsumuna cəlb edilməyəcək.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2026-cı il dekabrın 31-dək qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin