Ağdam rayonunda yerləşən "N" sayli hərbi hissənin yaranmasından növbəti il ötür. Şəxsi heyyət yaranma günü ilə yanaşı hərbi hissənin komandiri olmuş, şəhid Raquf Orucovun da doğum gününü qeyd edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ağdam rayonunun işğaldan azad edilmiş Şahbulaq qalası ətrafında təşkil edilmiş tədbirdə şəhidin ailə üzvləri, doğmaları və silahdaşları ilə yanaşı hərbi hissənin rəhbərliyi, yüksək rütbəli zabitlər və əsgərlər iştirak edib.
Hərbi orkestrin ifasında Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə start götürən tədbirdə, silahlı qüvvələrin yüksək komandanlıq heyyətinin təbrik məktubları səsləndirib.
Çıxış edənlər hərbi hissənin keçdiyi çətin döyüş yollarından, onun sıralarında şəhid olan hərbi qulluqçulardan və 44 günlük müharibədə hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırığının icrasından geniş söhbət açılıb.
Hərbi hissənin komandiri olmuş, polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova hərbi hissənin gələcək xidmət yolunda uğurlar arzulayıb.
Tədbir gənc komandoların iştirakı ilə döyüş nümunələrinin nümayişi və yerli incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:25 / 10.07.2023
Raquf Orucovun hərbi hissəsinin ildönümü QEYD OLUNDU – FOTO
Hazırda oxunan: Raquf Orucovun hərbi hissəsinin ildönümü QEYD OLUNDU – FOTO
Hazırda oxunan: Raquf Orucovun hərbi hissəsinin ildönümü QEYD OLUNDU – FOTO
145510
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.