Hazırda MİQ üzrə 9 mindən artıq vakant yer var. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.
Bizim.Media xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli bu gün keçirilən brifinqdə deyib.
Nurlan İsmayılbəyli bildirib ki, vakansiya seçimi əvvəlcə şəhid ailələrinə açıq olacaq:
“Vakansiya seçimində iştirak üçün minimum bal yaxın zamanda açıqlanacaq. MİQ-in təşkilində əsas məqsəd vakant yerlərin tam tutulmasıdır. Təəssüf ki, bəzi namizədlər test imtahanında uğur qazanıb, müsahibə mərhələsində iştirak etmirlər.
Müəllim müsahibədə uğur qazansa da, iş yerindən imtina edir. Bu addım məktəbdə kadr ehtiyacının ödənməməsi deməkdir. Prosesdən 2 həftə əvvəl müəllimlərə dəvət məktubu göndərilir. Test imtahanında nəticə onları qane etməsə, vakansiya seçimində iştirak etməməklərini xahiş edirik. Əks halda, boş qalan vakant yeri bir illik müqavilə ilə daimi işləyən müəllimlə əvəz etmək məcburiyyətində qalırıq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:05 / 10.07.2023
MİQ imtahanı üçün 9000 vakant yer var - RƏSMİ
Hazırda oxunan: MİQ imtahanı üçün 9000 vakant yer var - RƏSMİ
Hazırda oxunan: MİQ imtahanı üçün 9000 vakant yer var - RƏSMİ
145505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.