“Embawood” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə oluna bilər.
Bizim.Media "demokrat.az"a istinadən xəbər verir ki, MMC gömrük qaydaları əleyhinə olan intizamları pozmaqda ittiham edilib.
Dövlət Gömrük Komitəsi tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə intibati protokol yazılıb.
İş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Protokol araşdırılması üçün hakim Hüseyn Səfərovun icraatına verilib. Məhkəmə baxışı iyulun 19-na təyin edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, ötən ay “Embawood” MMC Sumqayıt şəhərində İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci (Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati qaydada cərimə olunmuşdu. Bu maddəyə əsasən min manatdan beş min manatadək məbləğdə cərimə yazılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:41 / 10.07.2023
“Embawood” böyük məbləğdə cərimələnə bilər - İş məhkəmədə...
Hazırda oxunan: “Embawood” böyük məbləğdə cərimələnə bilər - İş məhkəmədə...
Hazırda oxunan: “Embawood” böyük məbləğdə cərimələnə bilər - İş məhkəmədə...
145500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.